Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan görüşlərdə gənc könüllülər və GİKM-in regional nümayəndəlikləri bir araya gəlib. Görüşlərdə könüllülərin ümumi fəaliyyəti təqdim olunub, “Konstitusiya və Suverenlik İli” ilə bağlı maarifləndirilmə aparılıb və iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif enercayzerlər və komanda işləri həyata keçirilib.