“Gənc Təlimçilər Məktəbi” layihəsinin açılış mərasimi uğurla baş tutub. Təlimçiliyə maraq göstərən 1000-dən çox gənc arasından 200 nəfər seçilərək proqramda iştirak hüququ qazanıb. Açılış mərasimində iştirakçılar layihə barədə ətraflı məlumat alıb, proqramın strukturu və təlimçi heyəti ilə tanış olublar. Layihənin məqsədi gənclərə təlimçilik bacarıqlarını öyrətmək, onların liderlik və peşəkar inkişaf imkanlarını artırmaqdır. Layihə çərçivəsində iştirakçılar Ünsiyyət və təqdimat bacarıqları, Qrup idarəetməsi və liderlik, Təlim metodikası kimi sahələrdə bilik və bacarıqlarını artıracaqlar. Həmçinin, iştirakçılar mentor dəstəyi ilə real təlimlərə hazırlıq mərhələsindən keçəcəklər. Bu, gənclərə gələcəkdə peşəkar təlimçi kimi fəaliyyət göstərmək üçün əhəmiyyətli təcrübə qazandıracaq.
Layihənin həyata keçirilməsi gənclərin şəxsi inkişafına, təhsil və peşə bacarıqlarının artırılmasına, həmçinin cəmiyyətə faydalı, liderlik qabiliyyəti yüksək yeni nəsil təlimçilərin yetişdirilməsinə xidmət edir.

