Scroll Top

GƏNC TƏLİMÇİLƏR MƏKTƏBİNİN TƏLİM MƏRHƏLƏSİ YEKUNLAŞIB

592322242_1165090979139069_1805009095636001027_n

“Gənc Təlimçilər Məktəbi” layihəsi çərçivəsində keçirilən təlim mərhələsi uğurla başa çatıb. Bu mərhələ boyunca iştirakçılar təlim planlamasının əsas addımları, effektiv təlim dizaynının prinsipləri və peşəkar təlimçi bacarıqları barədə dəyərli biliklər əldə ediblər.

Layihə həm Bakını, həm də regionları əhatə etməklə geniş miqyasda həyata keçirilir və ümumilikdə 200-ə yaxın gənci əhatə edir. Təlimlər həm onlayn, həm də fiziki formatda təşkil edilib.

Proqram çərçivəsində gənclər müxtəlif praktiki tapşırıqlarda iştirak edir, fərdi və qrup təqdimatları hazırlayır, real təlim situasiyalarını sınaqdan keçirir və təcrübəli mentorların dəstəyindən faydalanırlar. Bu fəaliyyətlər onların həm təlimçi kimi özünəinamını gücləndirir, həm də gələcək fəaliyyətləri üçün möhkəm baza formalaşdırır.

Layihədə iştirak edən bütün gəncləri təbrik edir, onların gələcək inkişaf yolunda uğurlar diləyirik!