Scroll Top

“GƏNCLƏR ÜÇÜN HÜQUQİ SAVADLILIQ” LAYİHƏSİ GƏNCƏDƏ

Vəkillər Kollegiyası - Gəncə (3)

“Gənclər üçün hüquqi savadlılıq” layihəsi çərçivəsində ilk infosessiya Gəncə şəhərində baş tutub.

Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Səadət Seyidli tərəfindən keçirilən infosessiyada gənclər hüquqları və vəzifələri haqqında ətraflı məlumat əldə edib, hüquqi məsələlərlə bağlı gənclərin sualları cavablandırılıb.

Gənclərin hüquqi biliklərinin artırılması məqsədilə keçirilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil edilib.