Scroll Top

GƏNCLƏR ÜÇÜN ŞƏXSİ İNKİŞAF VƏ KARYERA FÜRSƏTLƏRİ MÖVZUSUNDA İNFOSESSİYALAR KEÇİRİLİB

679647028_1276755947972571_1892831796509977299_n

Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində təhsil alan gənclər üçün şəxsi inkişaf və karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil olunub. Tədbirlər çərçivəsində tələbələrə onların peşəkar inkişafına töhfə verəcək mövzular ətrafında geniş və əhatəli məlumat təqdim edilib.

İnfosessiyalar zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib. İştirakçılar müxtəlif təlim proqramları, könüllülük fəaliyyətləri, karyera dəstəyi və fərdi inkişaf istiqamətində təqdim olunan imkanlarla yaxından tanış olublar.

Bununla yanaşı, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış “Şəxsi İnkişaf Kitabçası” və “Karyera Bələdçisi” iştirakçılara təqdim olunub. Bu vəsaitlər gənclərin öz potensiallarını daha yaxşı dəyərləndirmələri, məqsədlərini düzgün müəyyən etmələri və əmək bazarında uğur qazanmaları üçün praktiki tövsiyələri özündə əks etdirir.

Tədbirlər interaktiv formatda davam edib, tələbələr öz suallarını ünvanlayaraq mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Sual-cavab sessiyası gənclərin mövzuya daha dərindən yanaşmasına və fərdi maraqlarına uyğun cavablar əldə etməsinə şərait yaradıb.

Qeyd edək ki, bu kimi infosessiyaların keçirilməsində əsas məqsəd gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, onları mövcud imkanlar barədə məlumatlandırmaq və gələcək karyera seçimlərində düzgün istiqamət verməkdir.