“Gənclər yaşıl gələcək üçün” forumu uğurla həyata keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində baş tutan forumda dövlət qurumlarının rəsmiləri, ekspertlər və ekoloji fəallar iştirak edib.
Forum “Gənclərin iqlim hərəkatı” mövzusunda panel müzakirəsi ilə davam edib, iştirakçıların sualları cavablandırılıb. Daha sonra “Gənclər tərəfindən iqlim dəyişikliyinə dair təşviqat kampaniyalarının aparılması” mövzusunda vörkşop keçirilib.
Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Binəqədi Gənclər Evinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.