Gənclərin karyera quruculuğunu dəstəkləmək və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına şərait yaratmaq məqsədilə İsmayıllı, Qarabağ, Sumqayıt və Zaqatala gəncləri üçün silsilə təlimlər təşkil olunub.
Təlim proqramları iştirakçıların karyera planlaması bacarıqlarının formalaşdırılması, peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, əmək bazarının tələbləri ilə tanışlıq və fərdi inkişaf strategiyalarının müəyyənləşdirilməsi istiqamətində geniş mövzuları əhatə edib. İnteraktiv müzakirələr, praktiki tapşırıqlar və real həyat nümunələri vasitəsilə gənclərə düzgün karyera seçimi, məqsəd qoyma, CV hazırlanması, müsahibə bacarıqları və şəxsi brendin formalaşdırılması barədə ətraflı məlumat verilib.
Təlimlər zamanı iştirakçılar öz güclü və zəif tərəflərini analiz etməyi, maraq və bacarıqlarına uyğun sahələri müəyyənləşdirməyi, qısa və uzunmüddətli hədəflər qoymağı öyrəniblər. Eyni zamanda, dəyişən əmək bazarında rəqabətədavamlı olmaq üçün davamlı öyrənmənin və özünüinkişafın vacibliyi xüsusi vurğulanıb.
Region gənclərinin bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu cür təşəbbüslər onların gələcək peşə fəaliyyətində daha inamlı addımlar atmasına, sosial-iqtisadi proseslərdə fəal iştirakına və ölkənin inkişafına töhfə verməsinə mühüm zəmin yaradır.






