Scroll Top

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ “CAREERLAB” ŞƏBƏKƏSİ KEÇİRİLİB

583053187_18093111235870034_8176491098090237616_n

#CareerLAB şəbəkəsi çərçivəsində növbəti maarifləndirici tədbir uğurla baş tutub. Bu dəfə “Gənclərin karyera planlamasında rəqəmsal texnologiyalar və süni intellektin rolu” mövzusunda keçirilən panel müzakirəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Texniki Universitetində təşkil olunan panel müzakirəsində gənclərin gələcək karyera istiqamətlərinin formalaşmasında yeni yanaşmalar, rəqəmsallaşmanın əmək bazarına təsiri, süni intellektin peşələrə gətirdiyi dəyişikliklər və aktual kompetensiyalar haqqında geniş fikir mübadiləsi aparılıb. Mütəxəssislər karyera planlamasında analitik düşüncə, texnoloji savadlılıq və rəqəmsal bacarıqların önəminə toxunaraq, gənclərin bu sahələrdə özlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıblar.

Tədbir zamanı iştirakçılara real təcrübə nümunələri təqdim olunub, əmək bazarının dəyişən tələbləri və yeni yaranan peşələr barədə aktual məlumatlar çatdırılıb. Gənclər öz suallarını ekspertlərə ünvanlayaraq, fərdi karyera strategiyalarına dair faydalı tövsiyələr əldə ediblər.

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Texniki Universiteti və Universitetin Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib. Bu cür görüşlər gənclərin peşə seçimində daha məlumatlı qərarlar vermələrinə, müasir trendlərlə yaxından tanış olmalarına və karyera inkişafında daha aktiv rol almalarına dəstək göstərməyi hədəfləyir.