Gənclərin şəxsi inkişafının dəstəklənməsi, onların potensialının üzə çıxarılması və gələcək hədəflərinin daha aydın şəkildə formalaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. Bu məqsədlə Quba, Qazax, Masallı və Sabirabad rayonlarını əhatə edən genişmiqyaslı təlim proqramları təşkil olunub.
Keçirilən təlimlər region gənclərinin fərdi inkişafına töhfə vermək, onların daxili potensialını üzə çıxarmaq və özünəinam hissini gücləndirmək məqsədi daşıyıb. Proqram çərçivəsində iştirakçılar özünü tanıma və özünü kəşf etmə metodları ilə tanış olub, fərdi bacarıqlarını müəyyənləşdirmək və inkişaf etdirmək istiqamətində praktik tapşırıqlarda iştirak ediblər.
Təlimlər zamanı gənclərlə motivasiya, məqsəd qoyma və düzgün planlaşdırma mexanizmləri barədə geniş müzakirələr aparılıb. Onlara qısa və uzunmüddətli hədəflərin müəyyənləşdirilməsi, zamanın effektiv idarə olunması, şəxsi inkişaf planının hazırlanması və qərarvermə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ətraflı məlumat verilib. İnteraktiv müzakirələr, qrup işləri və praktiki məşğələlər vasitəsilə iştirakçılar həm nəzəri biliklər əldə edib, həm də öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar.
18.02.2025.






