Scroll Top

“GƏNCLƏRLƏ İŞİN TƏŞKİLİ VƏ GƏNCLƏR SAHƏSİ İLƏ TANIŞLIQ” TƏLİMİ

Akademiya 2 - 1 (7)

“İnkişaf və Təcrübə Akademiyası 2” çərçivəsində ilk təlimimiz baş tutub.

GİKM-in Layihələrin və proqramların idarəedilməsi şöbəsinin baş mütəxəssisi Jalə Həsənova tərəfindən “Gənclərlə işin təşkili və gənclər sahəsi ilə tanışlıq” mövzusunda keçirilən təlimdə gənclərə “Dünyada və Azərbaycanda gənclər sahəsinin tarixi”, “Gənclər təşkilatlarında olan fürsətlər”, “Gənclərin iştirakçılığı” haqqında məlumat verilib, enercayzerlər və qrup işləri baş tutub.