Scroll Top

#GƏNCLƏRÜÇÜN “KARYERA PİLLƏKƏNDİR, YOXSA YOL?” MÖVZUSUNDA GÖRÜŞ BAŞ TUTUB

596140268_1170386511942849_8905996203768928336_n

Gənclərin Karyera İnkişaf Platformasında təşkil olunan “Karyera pilləkəndir, yoxsa yol?” mövzulu görüş uğurla yekunlaşıb. Tədbirdə müxtəlif sahələrə maraq göstərən gənclər bir araya gələrək karyera inkişafı ilə bağlı fərqli yanaşmalar haqqında fikir mübadiləsi aparıblar.

Görüşün qonaqları İctimai Radionun aparıcısı Nərmin Aşurzadə və transformasiya lideri, aparıcı Yusif Qasımov iştirakçılarla öz peşə yolunda topladıqları təcrübələri, müşahidələri və yanaşmalarını bölüşüblər. Onlar karyera inkişafında mövcud olan müxtəlif modellərin gündəlik qərarlara və uzunmüddətli planlaşdırmaya necə təsir edə biləcəyi barədə maraqlı nüanslara toxunublar.

Tədbir müddətində gənclər müxtəlif situasiyalar üzrə fikir bildirərək öz təcrübələrini paylaşmaq imkanı əldə ediblər.

Sonda keçirilən sual-cavab sessiyası qonaqlarla iştirakçılar arasında interaktiv dialoqu tamamlayaraq tədbiri daha yaddaqalan edib. Gənclər bu sessiya sayəsində onları maraqlandıran məsələlərlə bağlı birbaşa cavab və tövsiyələr almaq şansı qazanıblar.