Scroll Top

GİKM-də “Əsas Həyat Bacarıqları” üzrə təlİmçİlər üçün təlİm proqramı həyata keçİrİlİb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regionlarda fəaliyyət göstərən nümayəndəliklərinin layihələr və tədbirlər üzrə mütəxəssislərinin təlimçilik bacarıqlarının artırılması məqsədilə “Əsas Həyat Bacarıqları” üzrə təlimçilər üçün təlim proqramı keçirilib.

 

“UNICEF”in Azərbaycandakı nümayəndəliyinin dəstəyi, GİKM-in təşkilatçılığı ilə həyata keçirilən təlimlərin ilk günündə Gənclər və Yeniyetmələrin İnkişafı Proqramının mütəxəssisi Natiq Umarov əməkdaşlarla görüşüb və proqram haqqında ümumi məlumat verib. Daha sonra əsas həyat bacarıqları üzrə beynəlxalq təlimçi Aynur Bünyatova “Proqramının təlimi üzrə fasilitator üçün bacarıqlar və qaydalar”, “Özünütanıma”, “Stresin idarə olunması”, “Emosional tənzimləmə”, “Müsbət düşünmə”, “Təlimin ümumi refleksiyası”, “Şəxslərarası bacarıqlar – Empatiya, dinləmə bacarıqları” mövzularında çıxış edib.

 

Təlimin növbəti günlərində GİKM-in əməkdaşları Aydan Ağayeva, Ləman Harunova və Kənan İbrahimov Şəxslərarası effektivlik”, “Mübahisələri həlletmə”, “Mübahisələrin idarə edilməsi”, “İnamlı ünsiyyət”, “Məqsədi müəyyənləşdirmə”, “Qərar qəbuletmə”, “Problem həlletmə”, “Tənqidi və yaradıcı düşünmə”, “İcraetmə bacarıqları” və “Davamlılıq” mövzularında region nümayəndəliklərinin layihələr və tədbirlər üzrə mütəxəssislərini məlumatlandırıblar.

 

Qeyd edək ki, təlim proqramında iştirak edən əməkdaşlar növbəti mərhələdə təlimləri region gəncləri üçün təşkil edəcəklər.