Scroll Top

GİKM-İN BAKI VƏ REGİONLARDA MÜXTƏLİF KLUB FƏLİYYƏTLƏRİ KEÇİRİLİB

817679182_18124145740870034_935734245054121264_n

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların maraq və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Bakı və regionlarda müxtəlif istiqamətlər üzrə klub fəaliyyətləri təşkil olunub.

Klublar çərçivəsində gənclərin mütaliə və müzakirə mədəniyyətinin formalaşdırılması, dil biliklərinin və intellektual bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi, yaradıcılıq imkanlarının dəstəklənməsi və incəsənətə marağın artırılması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilib.

Bu məqsədlə kitab, müzakirə, dil, idman, rəsm, musiqi və kino klubları fəaliyyət göstərib. Klublarda keçirilən görüş, müzakirə, məşğələ və digər interaktiv fəaliyyətlər gənclərin yeni bilik və bacarıqlar əldə etməsinə, maraq dairələrinin genişlənməsinə və asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradıb.

Bakı ilə yanaşı, GİKM-in regional nümayəndəlik və bölmələrində də təşkil olunan klub fəaliyyətləri gənclərin fəal iştirakına şərait yaradıb. Ümumilikdə müxtəlif klubların fəaliyyəti ilə 600-ə yaxın gənc əhatə olunub.

22.09.2026