Scroll Top

GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ GƏNCLƏR ÜÇÜN İNTELLEKTUAL YARIŞLAR KEÇİRİLİB

613559231_1194187076229459_5825524868023358510_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə intellektual yarışlar təşkil olunub. Yarışların əsas məqsədi gənclərdə analitik düşünmə, düzgün və operativ qərarvermə, eləcə də komanda işi bacarıqlarının inkişaf etdirilməsidir.

İntellektual yarışlar zamanı iştirakçılar müxtəlif mövzular üzrə hazırlanmış tapşırıqlar və suallar vasitəsilə biliklərini sınayıb, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını nümayiş etdiriblər. Komanda formatında keçirilən yarışlar gənclər arasında əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı ünsiyyət və liderlik keyfiyyətlərinin formalaşmasına da töhfə verib.

Tədbirlər gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların şəxsi və peşəkar inkişafına dəstək olmaq məqsədi daşıyıb. Qeyd edək ki, GİKM tərəfindən bu kimi intellektual və maarifləndirici fəaliyyətlərin regionlarda davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.