Scroll Top

GİKM-LƏRİN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ GƏNCLƏR ÜÇÜN İNTELLEKTUAL YARIŞLAR KEÇİRİLİB

IMG_1679

Gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və intellektual potensiallarının üzə çıxarılması məqsədilə Gənclər İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində intellektual yarışlar təşkil olunub. #Gənclərüçün keçirilən yarışlar region gənclərinin fəal iştirakı ilə baş tutub.

Müxtəlif formatlarda təşkil olunan intellektual yarışlar zamanı iştirakçılar məntiq, ümumi biliklər, tarix, mədəniyyət, müasir dünya prosesləri və digər mövzular üzrə biliklərini sınayıblar. Komanda və fərdi mərhələlərdən ibarət olan yarışlar gənclər arasında sağlam rəqabət mühiti yaradıb, onların analitik düşünmə, sürətli qərarvermə və komandada işləmək bacarıqlarını inkişaf etdirib.

Yarışlar zamanı gənclər yalnız biliklərini nümayiş etdirməklə kifayətlənməyib, eyni zamanda fikir mübadiləsi aparmaq və regionlararası ünsiyyəti gücləndirmək imkanı əldə ediblər. Tədbirlər gənclərin intellektual fəaliyyətə marağının artırılmasına, onların özünəinamının möhkəmləndirilməsinə və sosial fəallığının yüksəldilməsinə töhfə verib.

Tədbirin sonunda fərqlənən iştirakçılar və komandalar təşəkkürnamə və mükafatlarla təltif olunub. Qeyd edək ki, bu cür intellektual yarışların mütəmadi təşkili region gənclərinin inkişafına, onların bilik və bacarıqlarının sistemli şəkildə artırılmasına xidmət edir.

GİKM tərəfindən regionlarda həyata keçirilən bu kimi layihə və tədbirlər gələcəkdə də davam etdiriləcək, gənclərin potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafının dəstəklənməsi istiqamətində yeni təşəbbüslər reallaşdırılacaq.