Scroll Top

GİKM tərəfİndən regİonlarda Müstəqİllİk Günü münasİbətİlə tədbİrlər təşkİl olunub

GİKM (7)
Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən 106 il ötür.

Bu əlamətdar gün münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən regionlarda bir sıra tədbirlər həyata keçirilib.

İlk olaraq, gənclər müasir dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

1918-ci ildə Azərbaycana gələrək Qafqaz İslam Ordusunun tərkibində torpaqlarımızın düşmənlərdən təmizlənməsində iştirak etmiş və qəhrəmancasına şəhid olmuş Türk əsgərlərinin Quba rayonunda yerləşən  məzarları GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin gəncləri tərəfindən ziyarət olunub. Gəncə-Daşkəsən regional nümayəndəliyinin gəncləri Gəncə şəhərində yerləşən Cumhuriyyət muzeyi, Mil-Muğan regional nümayəndəliyinin gəncləri isə Sabirabad rayonunda yerləşən Bayraq muzeyinə təşkil olunan ekskursiyada iştirak ediblər.

28 May – Müstəqillik Günü ilə əlaqədar tarixçilərin və rayon rəsmilərinin iştirakı ilə dəyirmi masa görüşlər keçirilib. Gənclər üçün “Son iclas”, “Tarixin izi ilə” filmləri nümayiş etdirilib.

Daha sonra gənclər arasında intellektual yarışlar, rəsm müsabiqəsi və veloyürüş təşkil olunub.