Scroll Top

“Hazır mühasİb 4” layİhəsİ 100 gənclə start götürüb

Hazır mühasib 4-

Layihə çərçivəsində təlimlər İATM-in prezidenti Radil Fətullayev tərəfindən “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda keçirilir.

6 ay davam edəcək layihənin əsas istiqamətləri maliyyə uçotu və hesabatı, vergi və sosial ödənişlərin uçotu və hesabatı və rəsmi mühasibatlıq olacaq.

Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq, fərqlənən və iştirakı mümkün olan iştirakçılar təlimlərdən sonra təcrübəçi kimi şirkətlərə tövsiyə olunacaq.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi, İATM – İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Hazır Mühasib 4” layihəsinin məqsədi iqtisadiyyat, xüsusilə də mühasibat uçotu və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, işaxtaran, karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən gənclərin karyera quruculuğu və karyerasına dəstək olmaqdır.