Azərbaycan Respublikasının Gənclər Fondunun rəhbərliyi və əməkdaşlarının, GİKM-in baş ofisinin əməkdaşlarının və regional nümayəndəliklərin koordinatorlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə GİKM tərəfindən hazırlanmış “Hesabat jurnalı 2024” təqdim edilib, regional nümayəndəlik və bölmələrin 2024-cü ildə təsdiq edilmiş fəaliyyət planından irəli gələn illik hesabat dinlənilib və 2025- ci il üzrə fəaliyyət planı müzakirə olunub.
Eyni zamanda, cənab Prezident İlham Əliyev tərəfindən elan olunmuş 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nə həsr olunması ilə bağlı Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzərinə düşən tədbirlər planının hazırlanması tapşırığı verilib.