Layihələrin idarə olunması, regionlarda gənclərlə işin idarə olunması, ictimaiyyətlə əlaqələr və sosial media marketinq, qrafik dizayn, tədbirlərin təşkili, insan resursları istiqamətləri üzrə keçirilən və 3 ay davam edən təcrübə proqramının bağlanışında GİKM-in Baş direktoru Azər Əliyev çıxış edib.
Daha sonra mentorlarla yanaşı, təcrübəçilər də öz təəssüratlarını bölüşüblər, təcrübə müddətində qazandıqları bilik və bacarıqlar əsasında təqdimat edib, öz təkliflərini irəli sürüblər.