“İnkişaf və Təcrübə Akademiyası 2” təcrübə proqramının müsahibə mərhələsi uğurla yekunlaşıb.
Peşəkar bacarıqlarını inkişaf etdirmək və real iş mühitində təcrübə qazanmaq istəyən gənclər üçün olan proqrama ümumilikdə 200-dən çox gənc müraciət edib. Onlardan 70 nəfər meyarlara uyğun olaraq müsahibə mərhələsinə keçid edib və 12 gənc bu mərhələni də uğurla tamamlayaraq təcrübə proqramının iştirakçısına çevrilib.
Proqramda iştirak edəcək gənclərə uğurlar arzulayırıq!

