GİKM-in baş ofisində keçirilən “İnkişaf və Təcrübə Akademiyası 2” uğurla yekunlaşıb.
Layihələrin və regionlarda gənclərlə işin idarə olunması, sosial media marketinq istiqamətləri üzrə keçirilən və 2 ay davam edən təcrübə proqramının bağlanış tədbirində GİKM-in Baş direktoru Azər Əliyev, moderatorlar çıxış edib.
Daha sonra gənclər təcrübə müddətində qazandıqları bilik və bacarıqlar əsasında təqdimat edib, öz təkliflərini irəli sürüblər.