1000-dən çox region gəncinin iştirakçısı olduğu respublikanın ən böyük intellektual turniri başlayıb!
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İntellektual Klubların V Gənclər Liqası”nın kuboku uğrunda mübarizədə 1-ci seçim turu geridə qalıb.
30 şəhər və rayonda baş tutan turda 500-dən çox komanda yarışıb.
Qeyd edək ki, Gənclər Liqası Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.