Scroll Top

“İŞ AXTARIŞI ÜSULLARI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

IMG_4409

Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində gənclərin məşğulluq imkanlarının artırılması və əmək bazarına hazırlığının gücləndirilməsi məqsədilə “İş axtarışı üsulları” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara iş axtarışının effektiv strategiyaları, vakansiyaların düzgün təhlili, müxtəlif iş platformalarından səmərəli istifadə qaydaları, eləcə də işə qəbul prosesində diqqət edilməli vacib məqamlar barədə ətraflı məlumat verilib. Həmçinin əmək bazarında mövcud tendensiyalar, işəgötürənlərin gözləntiləri və uğurlu karyera planlaması ilə bağlı praktiki tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

 Təlim Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Nərgiz Şirinova tərəfindən keçirilib. İnteraktiv formada keçirilən təlim zamanı gənclərin sualları cavablandırılıb, real iş axtarışı nümunələri əsasında müzakirələr aparılıb və iştirakçılarla təcrübə mübadiləsi həyata keçirilib.