Azərbaycan Turizm və Menecment Universitetinin istehsalat təcrübəçiləri mərkəzimizdəki təcrübə müddətini uğurla yekunlaşdırıb!
Təcrübənin sonunda tələbələr tərəfindən görülən işlərə dair hesabat təqdimatı keçirilib. Təqdimat zamanı iştirakçılar təcrübə müddətində əldə etdikləri bilikləri, real iş mühiti nümunələrini və inkişaf etdirdikləri şəxsi bacarıqları bölüşüblər.
Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

