“Gənclərin Karyera və İnkişaf Platforması 3” çərçivəsində ilk təlim baş tutub.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşı Səma Abbaszadə tərəfindən “Karyera planlaması” mövzusunda keçirilən təlimdə gənclər karyera yolunun seçilməsi, hədəflərin müəyyənləşdirilməsi, müsahibəyə hazırlıq haqqında məlumatlandırılıb.
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə həyata keçirilir.