Scroll Top

“KARYERA SƏYAHƏTİNDƏ UĞURA APARAN YOL” – PANEL MÜZAKİRƏ

IMG_9956

“Karyera üçün addım at” Forumu panel müzakirəsi ilə davam edib.

“Karyera səyahətində uğura aparan yol” mövzusunda keçirilən sessiyada “Gənc Xarici Dil Müəllimləri” Birliyinin sədri Günay Əkbərova moderator qismində çıxış edib. Panelistlər – Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Könüllülük və şəbəkələşmənin karyera inkişafında rolu”, “Randstad” şirkətinin karyera kouçu və “Erickson Coaching International” şirkətinin təlim koordinatoru Leyla Surxayzadə “Müasir dünyanın tələbatlı bacarıqları”, “Brain Design” və “Career University” şirkətlərinin təsisçisi və karyera mütəxəssisi Orxan Mahmudov “Karyera planlamasında doğru strategiyalar”, “Yelo Bank” ASC-nin İşəqəbul üzrə meneceri Aygün Məhərrəmova-Kazımova “Özəl sektorda karyera imkanları və işə qəbul tendensiyaları” mövzularında önəmli fikirlər səsləndiriblər.

Panel müzakirəsi sual-cavab sessiyası ilə sona çatıb.