Gənclər üçün 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib.
“Keçmişdən gələcəyə mədəni irsimiz” mövzusunda keçirilən panel müzakirəsində moderator qismində GİKM-in PR və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova, spikerlər qismində isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva, “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi, əməkdar mədəniyyət işçisi Səadət Ələkbərova, tanınmış jurnalist və səyyah Azər Qərib çıxış ediblər.
Sonda sual-cavab sesiyyası təşkil edilib və panelistlər suallara ətraflı cavab verərək, şəxsi təcrübələrini bölüşüb, gəncləri mədəni irsin qorunmasına daha fəal şəkildə qoşulmağa çağırıblar.

