Tədbirdə GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova çıxış edərək, forumu açıq elan ediblər.
İki paneldən ibarət olan forum “Gənclərin inkişafı” və “Karyera və biznes” istiqamətlərini əhatə edib. Forumda moderator qismində GİKM-in Gənc Könüllüsü Türkan Quliyeva çıxış edib.
Forumun I panelində “Gənclərin inkişafı üçün öyrənmənin və yeni imkanların təhlili mərhələləri” mövzusu üzrə panelistlər Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialının müdiri Rövşən Abbasov, “Rabitə Bank” ASC-nin Lənkəran filialının müdiri Zahir Məmmədəliyev, Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Mehman Bağışzadə, KOB Astara bölməsinin nümayəndəsi Seymur Murtuzayev iştirak edib.
Forumun II panelində isə “Gənclərin karyera imkanları” mövzusu ilə “La RAN” MMC-nin rəhbəri Nurlan Nurəliyev, “Stim L” Tədris Mərkəzinin təsisçi direktoru Cabir Baxşıyev və “Eduland” Tədris Mərkəzinin direktoru Abutalıb Kamalov çıxış ediblər. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Forumun keçirilməsində məqsəd öz karyerasını qurmaq, inkişaf etmək, habelə sahibkarlıqla məşğul olmaq istəyən gənclərin dövlət və özəl qurumlarla təmaslarının daha operativ təşkil edilməsi, qurumların xidmətlərinin müxtəlif qruplardan olan gənclərə təqdim edilməsi və peşəkar spikerlərin faydalı informasiyaları gənclərə çatdırmasıdır.