Scroll Top

Lənkəran gənclərİ İlə görüş

cover
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyevin Lənkəran gəncləri ilə görüşü baş tutub.
Görüşdə Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Layihələrin və proqramların idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Əli Əliyev, Lənkəran regional nümayəndəliyinin koordinatoru və əməkdaşları iştirak edib. Tanışlıq mərhələsindən sonra gənclərin təklifləri dinlənilib və təkliflər əsasında müzakirələr aparılıb.