Lənkəran və Göyçay gəncləri üçün “CareerLAB” şəbəkəsi keçirilib. Hər iki şəhərdə təşkil olunan görüşlər gənclərin aktiv iştirakı ilə keçirilib və onların karyera inkişafına dair müxtəlif imkanları dəyərləndirməsinə şərait yaradıb.
Tədbirlər zamanı iştirakçılar öz ixtisasları, əmək bazarındakı aktual tendensiyalar, inkişaf istiqamətləri və gələcək karyera planları ilə bağlı müxtəlif müzakirələrə qoşulublar. Gənclər həmçinin bir-birlərilə tanış olaraq əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni əlaqələr qurublar.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığını artırmaq, onların karyera planlamasına dəstək göstərmək və müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsini təmin etməkdir. “CareerLAB” bu məqsədə uyğun olaraq iştirakçılara həm bilik, həm də praktiki istiqamətlər üzrə yeni imkanlar təqdim edib.
Layihə bölgə gənclərinin potensialının inkişafı üçün növbəti addım kimi böyük əhəmiyyət daşıyır.





