Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyi və “Saatlı Gənclər Evi” SXM-nin birgə təşkilatçılığı ilə baş tutan Forum panel müzakirələrdən ibarət olub.
Forumun rəsmi hissəsində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, GİKM-in Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Gülnar Babaşova çıxış edib.
“Gənclərin inkişafı” istiqamətini əhatə edən panel müzakirədə moderator qismində Sabirabad Gənclər Evinin nümayəndəsi Kənan Səmədov çıxış edib.
Forumda panelistlər qismində Mil-Muğan regional Təhsil İdarəsinin Saatlı rayon Təhsil Sektorunun müdiri Günay Sultanova, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov, Mil-Muğan regional Məşğulluq İdarəsinin əməkdaşı İbad Əşrəfli, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Murad Həsənli və “Yarat” Təhsil və Karyera Mərkəzinin qurucusu Ziya Rzayev iştirak edib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.