“Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində növbəti təlim keçirilib!
Təlimçi Fatimə Əhmədova tərəfindən “Mən kiməm? – Özünü kəşf və şəxsi inkişaf” mövzusunda keçirilən təlimdə iştirakçılar şəxsi potensialı kəşf etmək, güclü və zəif tərəfləri tanımaq və şəxsi inkişaf yollarını müəyyənləşdirmək barədə praktiki biliklər əldə ediblər. Daha sonra iştirakçılar təlimçiyə sual ünvanlayaraq onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.