Scroll Top

MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASI

WhatsApp Image 2025-02-03 at 11.51.49_acd20730

30 yanvar 2025-ci il tarixində Milli Məclisin Gənclər və idman komitəsinin iclasında Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı dinlənilib.

2 fevral Gənclər Günü ərəfəsində keçirilən iclasda qeyd olunub ki, Gənclər Fondu ötən müddət ərzində gənclərin inkişafına xidmət edən və ictimai həyatda onların fəallığını artıran layihələrə dəstək göstərib, gənclərə öz təşəbbüsləri ilə çıxış etmək, fərdi layihələri həyata keçirmək imkanı yaradıb.

Gənclər Fondu və gənclər təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında Milli Məclisin Gənclər və idman komitəsinin rolundan, birgə əməkdaşlığın əhəmiyyətindən də söhbət açılıb.

İclasda deputatlar, habelə Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.