Scroll Top

MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN FƏALİYYƏTLƏR

GİKM (5)
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən genişmiqyaslı fəaliyyətlər təşkil olunub.

Gənclər Ulu Öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzlərinə ekskursiya təşkil olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub, ölkəmizin inkişafına verdiyi töhfələri haqqında daha dərindən məlumatlandırılıblar.

Tarixçilərin və rayon rəsmilərinin iştirakı ilə keçirilən dəyirmi masa, görüşlərdə əlamətdar günün tarixi əhəmiyyəti diqqətə çatdırılıb və “Xalqın adamı” sənədli filmi nümayiş etdirilib.

Fəaliyyətlərin davamı olaraq “Nə? Harada? Nə zaman?” formatında “Qurtuluş kuboku” adlı intellektual yarış keçirilib və qalib komandalar mükafatlandırılıb.