“Youth start” şəxsi inkişaf proqramının IV modulunun 2-ci təlimi “Müasir dünyada könüllülük” mövzusunda baş tutub. Bakı DOST Mərkəzində könüllülərin idarə edilməsi üzrə məsul şəxs Humay Qasımlı gənclərə mövzu haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, proqramın IV modulu Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə həyata keçirilir.