Scroll Top

NDU-DA “GƏNCLƏRİN KARYERA İNKİŞAFINDA TƏHSİLİN VƏ İNNOVASİYANIN ROLU” MÖVZUSUNDA FORUM KEÇİRİLİB

492405079_995045372810298_980778495221110006_n

Naxçıvan Dövlət Universitetində “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən forumun açılışında çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev rəqəmsallaşma dövründə peşəkar inkişaf və mövcud imkanlardan söhbət açıblar.

Panel müzakirəsində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Gənclər və İdman naziri səlahiyyətlərini icra edən Məcid Seyidov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri səlahiyyətlərini icra edən Fərid Bağırzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri səlahiyyətlərini icra edən Rahid Ələkbərli çıxış edərək gənclərin inkişafı və gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilib.