Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində “Paradiqmanı dəyiş” mövzusunda təlim baş tutub.
Təlimdə iştirakçılara paradiqma anlayışı, fərdi inkişafda paradiqmanın rolu, düşüncə tərzini dəyişməyin faydaları, həmçinin paradiqmanı dəyişməyin gücü və karyeraya təsiri barədə ətraflı məlumat verilib.
Karyera məsləhətçisi və təlimçi Əfsanə Rəhimovanın təqdimatında keçirilən təlimdə mövzuya dair qrup işi də icra olunub.