Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə gənclərin görüşü təşkil olunub.
İlk olaraq, GİKM-in nümayəndələri tərəfindən Rəşad Məcidə Azərbaycan Respublikasının Gənclər Fondu, GİKM haqqında ətraflı məlumat verilib.
Daha sonra media sahəsində bilik və təcrübələrini bölüşən, jurnalistika və mətbuatın cəmiyyətdəki əhəmiyyəti haqqında məlumat verən Rəşad Məcid, gəncləri maraqlandıran sualları cavablandırıb.