Gənclər davamlı İnkİşaf üçün
Region gəncləri üçün “Emosional zəka”, “Ünsiyyət bacarıqları və NVC”, “Özünükəşf – VİSA və məqsədlərin təyin edilməsi”, “Güclü və zəif tərəflərin təyin olunması” mövzularını əhatə edən “Gənclər davamlı inkişaf üçün” layihəsi keçirilib.
İştirakçılar “3 ağac” simulyasiyası ilə emosional münaqişələrin əyani şəkildə idarəsini müşahidə ediblər, “süni stres mühiti” yaradaraq onun həllini tapmağa çalışıblar. Layihə maraqlı enercayzerlərlə yadda qalıb.
“Gənclər davamlı inkişaf üçün” layihəsi “İrəli” İctimai Birliyi ilə birgə təşkilatçılığı ilə baş tutub.