Hazır mühasİb
İqtisadiyyat, xüsusilə də mühasibat uçotu və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən Bakı və regionda yaşayan gənclər üçün “Hazır mühasib” layihəsi keçirilir. Mütəxəssis səviyyəsində keçirilən proqrama maliyyə uçotu və hesabatı, vergi və sosial ödənişlərin uçotu və hesabatı, rəsmi mühasibatlıq mövzuları daxildir. Layihəni uğurla tamamlayan gənc mühasiblər sertifikatla təltif edillir.