İntellektual Klubların Gənclər lİqası
“İntellektual Klubların Gənclər liqası” Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilir və liqada region gəncləri iştirak edirlər. Hər il baş tutan liqada hər bir komanda 6 oyunçudan ibarət olur. Qeydiyyatdan keçmiş komandalar 2 seçim turunda iştirak edir və qalib gələn komandalar zona finallarına vəsiqə qazanırlar. Seçim turlarında “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutur.
Daha sonra zona qalibləri yekunda final mərhələsində iştirak haqqı əldə edirlər. Bakıda keçirilən final mərhələsində qalib komandalar müxtəlif hədiyyələr və diplomlarla təltif edilir.