Scroll Top

Səyyar Gənclər Xİdmətİ

Səyyar Gənclər Xİdmətİ

2019, 2021 və 2022-ci illər ərzində keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi ölkənin 40-a yaxın şəhər və rayonu olmaqla, ümumilikdə 110-dan çox kənddə keçirilib, 20000-dən çox gənc əhatə olunub.

Layihənin keçirilməsində əsas məqsəd xüsusilə, ucqar kəndlərdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, dövlətin gənclər üçün yaratdığı imkanlar və gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etməkdir.

“Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.