Şuşa, sən azadsan!
2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq nümayəndəliklərdə bir sıra silsilə fəaliyyətlər həyata keçirilir. Şuşa uğrunda döyüşmüş qazilər, Vətən müharibəsi iştirakçıları, Şuşa döyüşlərində şəhid olmuş igidlərin ailə üzvlərinin gənclərlə görüşləri təşkil olunur. İstedadlı gənclər tərəfindən Şuşaya həsr olunmuş ifalar səsləndirilir və sosial şəbəkələrdə paylaşılır. Gənclər üçün Şuşada görülən abadlıq, yenidənqurma işlərini əks etdirən müxtəlif videoçarx və təqdimatlar nümayiş olunur. Şuşanın tarixi və mədəniyyət abidələrinin nümayiş olunduğu rəsm və məqalə müsabiqələri təşkil edilir.