Gənclər üçün “PR strategiyaları” təlimi baş tutub.
“İnkişaf və Təcrübə Akademiyası 2” çərçivəsində keçirilən təlimdə GİKM-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Könül İsmayılzadə tərəfindən gənclərə “Effektiv PR strategiyalarının qurulması”, “Hədəf kütlənin müəyyənləşdirilməsi” “Kommunikasiya kanallarının seçilməsi”, “PR kampaniyalarının planlaşdırılması” haqqında məlumat verilib, qrup işində gənclər PR kampaniyası yaradaraq, məqsəd və nəticələri bölüşüblər.