Scroll Top

Qəbələdə “Beynəlxalq Qış Hüquq Məktəbİ”

IMG_9944
Qəbələ rayonunda “Beynəlxalq Qış Hüquq Məktəbi” təşkil edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “ELSA Azərbaycan” tərəfindən “Müqavilə hüququ” mövzusunda keçirilən beynəlxalq qış məktəbində Azərbaycan daxil olmaqla, Avropa ölkələrindən bir sıra gənclər iştirak edib, onlara 1 həftə ərzində mövzu üzrə peşəkar hüquqşünaslar tərəfindən təlimlər və proqramlar təşkil edilib.

Qış məktəbinin bağlanış mərasimində Gənclərin Karyera və İnkişaf Mərkəzinin Baş direktoru Azər Əliyev, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı, “ELSA Azərbaycan”ın prezidenti Nərminə Hüseynzadə və “Qış Hüquq Məktəbi”nin təşkilat komitəsinin sədri Vəfa Mustafayeva çıxış edib, layihə barədə öz təəssüratlarını bölüşüb və iştirakçılara uğurlar arzulayıblar.