Scroll Top

“QADINLAR ÜÇÜN KARYERA İNKİŞAFI VƏ RƏQƏMSAL BACARIQLAR” PANEL MÜZAKİRƏSİ

IMG_2956

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” panel müzakirəsi keçirilib.

100-ə yaxın gənc xanımın iştirak etdiyi tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Səbinə Xasayeva, Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova çıxış edib. Onlar qadınların iş dünyasında aktivliyini, rəqəmsal bacarıqlarının artırılmasını və karyera inkişafı üçün mövcud resurslardan istifadə imkanlarını vurğulayıblar.

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” panel müzakirəsi spikerlərin çıxışı ilə davam edib.

Layihələrin və proqramların idarəedilməsi şöbəsinin baş mütəxəssisi Jalə Həsənova moderatorluğu ilə keçirilən panel müzakirədə spikerlər – “Div Academy”nin CEO-su Aygün Mirzəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdirinin müavini Ülviyyə Axundova və “Insun” Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova çıxış edərək, mövzu barədə fikirlərini bölüşüblər.

Panel müzakirəsi sual-cavab sessiyası ilə sona çatıb.

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş panel müzakirə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və “Div Academy”nin tərəfdaşlığı ilə keçirilib.