“Qəhrəmanını tanı” layihəsi uğurla yekunlaşıb.
Bakıda və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində keçirilən görüşlərdə minlərlə gənc iştirak edib.
Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.