“Qəhrəmanını tanı” layihəsi artıq başlayıb!
Layihə çərçivəsində ilk görüş Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən görüşdə Vətən müharibəsi qaziləri – Xəqani Məmmədov, Elşad Təhməzov və Cavid Həsənov çıxış edərək tələbələrə keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən layihə davamlı olacaq və görüşlər region gəncləri ilə də keçiriləcək.