Scroll Top

“QƏHRƏMANLAR UNUDULMUR” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SİLSİLƏ FƏALİYYƏTLƏR TƏŞKİL OLUNUB

IMG-20261102-WA0009.jpg

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılması məqsədilə “Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində silsilə maarifləndirici fəaliyyətlər həyata keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrinin təşkilatçılığı ilə Ağdam, Lənkəran, Qax və Sabirabad rayonlarında baş tutan tədbirlərdə 100-dən çox gənc iştirak edib.

Fəaliyyətlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıq nümunələri və Vətən torpaqlarının müdafiəsi uğrunda keçdikləri şərəfli mübarizə yolu haqqında gənclərə ətraflı məlumat verilib. Maarifləndirici görüşlər zamanı şəhidlərimizin həyat hekayələri, onların Vətənə, xalqa və torpağa bağlılığı diqqətə çatdırılıb, qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərdə, həmçinin gənclərin mövzuya marağını artırmaq, onların bilik və dünyagörüşünü genişləndirmək, milli-mənəvi dəyərlərə bağlılığını və vətənpərvərlik ruhunu daha da gücləndirmək məqsədilə intellektual oyun təşkil olunub. İştirakçılar həm biliklərini sınamaq, həm də Vətənimizin tarixi, qəhrəmanlıq salnaməsi və milli dəyərlərimiz haqqında məlumatlarını möhkəmləndirmək imkanı əldə ediblər.

Bu istiqamətdə həyata keçirilən təşəbbüslər qəhrəmanlarımızın unudulmaması, onların şərəfli həyat və mübarizə yolunun gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.