“Qərbi Azərbaycanın Gənc Səfirlərinin” ilk qonağı Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi xadimi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri cənab Misir Mərdanov və Qərbi Azərbaycan İcmasının aparat rəhbəri cənab Qalib Qasımov oldu. 🤩
Gənc səfirlər görkəmli qonaqlarla “Tarixi yaddaş: Qayıdış hüququnun müdafiəsi üçün Gənc Səfirlərin üzərinə düşən missiyalar” mövzusunda ətraflı müzakirələr apardılar, öz suallarına cavab tapdılar.
Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.